Xəbər lenti
Elektron ticarətlə bağlı yeni qaydalar müəyyənləşir

Azərbaycanda elektron ticarətin hüquqi tənzimlənməsinə texnoloji neytrallıq prinsipinin daxil edilməsi təklif olunur
Manevr.az xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
“Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsində texnoloji neytrallıq anlayışının ayrıca müəyyənləşdirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, texnoloji neytrallıq elektron ticarət münasibətlərində normativ hüquqi aktlarla hər hansı texnologiyanın üstün tutulmaması, onun tətbiqinə məhdudiyyət qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsi deməkdir.
Bu məqsədlə Qanunun əsas anlayışlar bölməsinə yeni müddəanın əlavə edilməsi və elektron ticarətin əsas prinsipləri sırasına texnoloji neytrallığın daxil olunması təklif edilir.
Dəyişiklik elektron ticarət sahəsində müxtəlif texnoloji həllərin tətbiqinin hüquqi baxımdan nəzərə alınmasına yönəlib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























