Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

DİM sədrindən sualların çətinliyi ilə bağlı açıqlama

Tarix: 20-10-2026 11:46     Baxış: 340 A- / A+
DİM sədrindən sualların çətinliyi ilə bağlı açıqlama
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib.
Manevre.az xəbər verir ki, Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır. Onun sözlərinə görə, imtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir.
Məleykə Abbaszadə konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılmasının daha məqsədəuyğun olduğunu bildirib.
DİM sədri hazırda Mərkəzdə imtahan proqramları ilə bağlı seminarların keçirildiyini, lakin bu müzakirələrdə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğunu vurğulayıb.
O bildirib ki, imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz imtahanlardan əvvəlki dövrdür. Hər il imtahan proqramları və modelləri ictimaiyyətə təqdim olunur, müəllimlər, ekspertlər və digər maraqlı tərəflər müzakirələrə dəvət edilir.
Məleykə Abbaszadə ötən il imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək məqsədilə anonim sorğular keçirildiyini də qeyd edib. Sorğular həm imtahandan əvvəl, həm də sonra aparılıb, əldə olunan nəticələr təhlil edilərək məqalə hazırlanıb.
DİM sədri hər kəsi məqaləni oxumağa, nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə qoşulmağa çağırıb.
“İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir”, – deyə Məleykə Abbaszadə vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar