Xəbər lenti
Ağ Evin sözçüsü Zaxariya niyə cəmi 5 gün vəzifəsində qaldı?
Manevr.az xəbər verir ki, Amerika mətbuatında onun istefaya hazırlaşdığı barədə xəbərlər yayıldıqdan sonra, Zaxariya "X" hesabında paylaşdığı yazıda vəzifəsindən ayrıldığını təsdiqləyib. Prezident Donald Trampı “mehriban, möhtəşəm, diqqətli və zəhmətkeş” kimi təsvir edən Zaxariya, onunla işləmək imkanını böyük şərəf adlandırıb.
Oktyabrın 12-də Karolin Levitin yerinə təyin edilən Zaxariya ətrafında mübahisələr böyüdükcə, Tramp onun vəzifəsindən ayrıla biləcəyinə işarə etmişdi.
İlk mətbuat konfransı zamanı fəaliyyətinə verilən mənfi qiymətləndirmələrlə başlayan qalmaqal, onun özünü vəkil kimi təqdim etməsinə baxmayaraq, ABŞ-da vəkillik imtahanından keçmədiyi məlum olduqdan sonra daha da şiddətləndi.
Diqqət çəkən məqamlardan biri də, bir jurnalistin ondan hansı ştatda vəkillik imtahanından keçdiyini soruşması zamanı verdiyi cavab olub. Zaxariya buna “Çinə köçəndə” deyə cavab verib. Daha sonra o, sualı səhv başa düşdüyünü iddia edib.
Kaliforniyanın Malibu şəhərindəki Pepperdin Universitetində hüquq təhsili alan Zaxariya, təhsilini başa vurduqdan sonra həyat yoldaşı Tayler Zaxariya ilə birlikdə Çinə köçüb. O, Pekində ölkənin aparıcı kommersiya hüquq firmalarından biri olan “Zhong Lun”da beynəlxalq hüquq qrupunda çalışıb. CNN-in təhlilinə görə, Trampın müşavirlərindən biri Zaxariyanın ilk mətbuat konfransını izlədikdən sonra: “Siz bu adamı yoxlamısınızmı?” – deyə soruşub. Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmiləri bildiriblər ki, Zaxariyanın sözçü vəzifəsinə uyğunluğu ilə bağlı zəruri yoxlamalar və qiymətləndirmələr aparılmayıb.
Qeyd olunub ki, mühafizəkar media orqanı “Newsmax”da şərhçi kimi fəaliyyət göstərən Zaxariya, əvvəlcə Levitin yerinə keçə biləcək namizədlər arasında nəzərdən keçirilməyib.
Təhlildə qeyd olunur ki, Tramp Zaxariyanı Respublikaçıların siyasətinə güclü dəstək verdiyi üçün təyin edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























