Xəbər lenti
Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Manevr.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlunun tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli xəsarətlər alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər təhlükəli vəziyyətdə qalan şəxsə yerində ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























