Xəbər lenti
Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Manevr.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı yazılı bəyanatında bildirib.
“Bu əlamətdar günün 35-ci ildönümünü ən səmimi duyğularımla təbrik edirəm. Qardaş və dost Azərbaycanın Müstəqilliyin Bərpası Günü bir dövlətin yalnız yenidən doğuluşu deyil, eyni zamanda əsarəti qəbul etməyən və ona boyun əyməyən bir millətin nəcib duruşunun ifadəsidir. Azərbaycan 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində qazandığı Qarabağ Zəfəri ilə milli müstəqilliyinə yeni məna və güc qazandırıb.
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri bizim dost və qardaş ölkəmizə qarşı duyğularımızın konkret ifadəsidir. Böyük bir sivilizasiyanın beşiyində yerləşən Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” anlayışı ilə bütün çətinliklərə eyni düşüncələrlə sinə gərmiş və ortaq mövqe nümayiş etdirib.
Bundan sonrakı gələcəklərinə də eyni duyğu və düşüncələrlə istiqamət verəcəkləri şübhəsiz bir həqiqətdir. Bundan geridönüş olmayacaq. Azərbaycan və Türkiyə hansı mövzuda olursa-olsun, bir-birindən ayrılmaz bütövdür.
Biz eyni soydan olan bir ananın iki oğluyuq. Əzəldən dinimiz, dilimiz, sevgimiz, yolumuz, sevdamız da, mübarizəmiz də birdir.
Bu münasibətlə qardaş və dostlarımızın Müstəqilliyin Bərpası Gününü bir daha təbrik edir, hər birinə salam və sevgilərimi çatdırıram”, - deyə Baxçalı qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























