Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi 

Tarix: 16-10-2026 13:07     Baxış: 334 A- / A+
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Manevr.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.
Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirdi.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu dedi. Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduqlarını vurğuladı.
O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud əməkdaşlığı daha da genişləndirilmək üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Söhbət zamanı siyasi əlaqələrimizin inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.
Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə toxunuldu, onların yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdıqları vurğulandı.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar