Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Kartdan-karta pul köçürmələri üzrə limitlər banklar tərəfindən müəyyənləşdirilir

Tarix: 15-10-2026 13:34     Baxış: 332 A- / A+
Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq olunan limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas tələbi bankların şübhəli və riskli əməliyyatlarını vaxtında aşkar etmək, terrorçuluğun maliyyələşdirilməsinin, qanunsuz qumar fəaliyyətinin və digər qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısını almaqdır.
Ş.Mahmudzadə qeyd edib ki, banklar müştərilərin gündəlik əməliyyatlarını və pul köçürmələrinin xarakterini nəzərə alaraq daxili limitlər tətbiq edirlər.
AMB rəsmisi vurğulayıb ki, bir şəxsin gün ərzində beş və ya daha çox pulköçürmə qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat kimi qiymətləndirilmir.
“Müəyyən edilmiş limitləri aşan müştərilər banklara müraciət edə bilərlər. Bank tərəfindən əlavə araşdırma aparıldıqdan və əməliyyatların qanuniliyinə əmin olduqdan sonra köçürmələrin həyata keçirilməsinə icazə verilə bilər. Tətbiq olunan məhdudiyyətlərin məqsədi vətəndaşların pul köçürmələrini çətinləşdirmək deyil. Əsas hədəf maliyyə sistemində riskli və qanunsuz əməliyyatların qarşısını almaqdır”, - deyə baş direktor əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar