Xəbər lenti
Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycanda - Video

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.
Tədbirdən sonra qonaqlara XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.
Sonda nümayəndə heyəti xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























