Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Laçına qayıdan ailələrin sayı AÇIQLANDI

Tarix: 14-10-2026 12:09     Baxış: 424 A- / A+
Laçına qayıdan ailələrin sayı açıqlandı
Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb.

Manevr.az xəbər verir ki, bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib.
Onun sözlərinə görə, bu, ümumilikdə, 4 minə yaxın insan deməkdir.
"Laçında həyata keçirilən layihələr yaşayış infrastrukturunun qurulması ilə yanaşı, sosial xidmətlərin inkişafını, yeni iş yerlərinin açılmasını və iqtisadi fəallığın gücləndirilməsini də əhatə edir. Rayonun zəngin təbii, tarixi və mədəni potensialı turizmin və sahibkarlığın inkişafı üçün geniş perspektivlər yaradır", - deyə xüsusi nümayəndə qeyd edib.
M.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi, dövlətimizin ardıcıl siyasəti və xalqımızın sarsılmaz birliyi sayəsində işğaldan azad olunmuş torpaqlarımızda bərpa və inkişaf prosesi uğurla davam edir: "Şəhər və kəndlər yenidən qurulur, infrastruktur yaradılır, tarixi-mədəni irsimiz bərpa edilir, iqtisadi fəallıq artır və məşğulluq imkanları genişlənir. Bu gün doğma torpaqlarımızda həyatın yenidən canlanmasının təməlində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı dayanır. Biz hər zaman onların əziz xatirəsini dərin ehtiramla yad edirik".
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin əsas məqsədi yalnız yaşayış obyektlərinin yenidən qurulması deyil, həm də insanların doğma torpaqlarına qayıdaraq təhlükəsiz, rahat və firavan yaşamalarının təmin edilməsidir. Böyük Qayıdış proqramı isə bu məqsədlərin sistemli və mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutan əsas vasitə hesab olunur. Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin mühüm istiqamətlərindən biri də Laçının dirçəldilməsidir. Qısa müddət ərzində Laçın şəhəri bərpa edilmiş, Zabux, Sus və Bəylik kəndləri yenidən qurulub, doğma yurdlarına qayıdan sakinlərin məskunlaşması üçün zəruri infrastruktur yaradılıb", - deyə o əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar