Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirdi

Tarix: 15-10-2026 20:39     Baxış: 329 A- / A+
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirdi

“Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksində media nümayəndələrinin iştirakı ilə "Azərişıq" ASC: Xidmətlərdə Rəqəmsal Transformasiya və İnnovasiyalar" adlı tədbir təşkil olunub.
Manevr.az xəbər verir ki, hesabat xarakterli mətbuat konfransında əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev çıxış edərək “Azərişıq” ASC tərəfindən son 9 ay ərzində paylayıcı elektrik şəbəkələrində aparılan təmir və yenidənqurma işləri, infrastrukturun müasirləşdirilməsi barədə məlumat verib. Həmçinin rəqəmsallaşma və innovativ yeniliklərin tətbiqi istiqamətində həyata keçirilən layihələrdən söz açıb.
ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində, eləcə də elektron platformalar üzərindən təqdim edilən xidmətlər barədə geniş məlumatı diqqətə çatdırıb. Bildirib ki, hazırda istehlakçılara müxtəlif istiqamətlər üzrə 18 adda xidmət göstərilir. Xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir.
İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı görülən işlərdən bəhs edib. Vurğulayıb ki, vətəndaşlar "Azərişıq" ASC-nin 6 elektron xidmətindən "mygov" mobil tətbiqi vasitəsilə yararlana bilər. Vətəndaş məmnunluğunun və xidmətlərin əlçatanlığının artırılması üçün gələcəkdə bu say daha da artırılacaq.
Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev abonent sayı, alınan enerji, illər üzrə yığım və texniki itkilərin dinamikaları ilə bağlı danışıb. O, son illərdə həyata keçirilən yenidənqurma işlərinin və müasir texnologiyaların tətbiqinin bu göstəricilərə müsbət təsir etdiyini, nəticələrin ildən-ilə yaxşılaşdığını deyib.
"Azərişıq" ASC-nin sədrinin müşaviri Vüsal Qənbərov ölkə ərazisində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri barədə söhbət açıb. Qeyd edib ki, vətəndaşların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar yaradılır, həmçinin Transformator Məntəqələrində (TM) təmir işləri aparılır. Kənd və qəsəbələrdə, eləcə də rayon mərkəzlərində metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Yaşayış məntəqələrində müasir tipli yeni sayğaclar quraşdırılır.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar