Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasının IX qurultayı keçirilir

Tarix: 16-10-2026 09:12     Baxış: 330 A- / A+

Mətbuat Şurasının IX qurultayı keçirilir

Bu gün Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir. Qurultayda Azərbaycan Mətbuat Şurasının yeni rəhbərliyinin və İdarə Heyətinin formalaşdırılması istiqamətində səsvermə başlayıb.
Manevr.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən qurultayda ölkənin müxtəlif media qurumlarının, informasiya agentliklərinin, qəzetlərin, xəbər portallarının və jurnalist təşkilatlarının nümayəndələri iştirak edirlər.
Mətbuat Şurasının əvvəlcədən açıqladığı məlumata əsasən, qurultayda iştirakını 225 nümayəndə təsdiqləyib.
Dördillik fasilədən sonra keçirilən qurultayın əsas gündəliyi Mətbuat Şurasının ötən dövrdəki fəaliyyətinin qiymətləndirilməsi, yeni İdarə Heyətinin seçilməsi, sədrin müəyyənləşdirilməsi, eləcə də qurumun fəaliyyətini tənzimləyən sənədlərə dəyişikliklərin edilməsidir.
IX qurultayın əvvəlki qurultaydan əsas fərqlərindən biri Mətbuat Şurasının İdarə Heyətinin say tərkibi ilə bağlıdır.
Belə ki, 2022-ci ildə keçirilən VIII qurultayda İdarə Heyətinə 23 nəfər seçilmişdi. Onlardan 14-ü jurnalistləri, 9-u isə ictimaiyyəti təmsil edirdi.
Hazırkı İdarə Heyətinin 13 üzvü, o cümlədən sədr Rəşad Məcid seçkidə iştirak etməyəcək.
Belə ki, Mətbuat Şurasının indiki sədri Rəşad Məcid, sabiq sədr Əflatun Amaşov, Qulu Məhərrəmli, Vüsalə Mahirqızı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aydın Quliyev, Aqil Ələsgər və digər tanınmış şəxslər adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Siyahıda ümumilikdə 46 nəfərin adı yer alıb. Onların 28-i media, 18-i isə ictimaiyyət nümayəndələri üzrə namizəddir.
Namizədlər arasında tanınmış media rəhbərləri, baş redaktorlar, jurnalistlər, ali təhsil müəssisələrinin nümayəndələri və ictimai xadimlər var.
Hazırda IX qurultay çərçivəsində seçki prosesi davam edir. Səsvermənin yekununda Mətbuat Şurasının yeni İdarə Heyətinin tərkibi və sədri məlum olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar