Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasına 815 şikayət daxil olub – Rəşad Məcid

Tarix: 16-10-2026 10:52     Baxış: 340 A- / A+
Mətbuat Şurasına 815 şikayət daxil olub – Rəşad Məcid
Azərbaycan Mətbuat Şurasına qurultaylararası dövr ərzində ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i Katiblik səviyyəsində həllini tapıb və tərəflər arasında anlaşma əldə olunub.
Manevr.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında hesabat çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qalan 124 şikayət üzrə razılıq əldə olunmadığından toplanmış materiallar baxılması üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.
“Komissiyada baxılan 124 məsələdən 86-sı bu mərhələdə həllini tapıb. Digər 38 məsələ ilə bağlı rəylər qərar qəbul edilməsi üçün İdarə Heyətinə təqdim olunub. Beləliklə, Mətbuat Şurasının İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar qəbul edib”, – deyə Rəşad Məcid bildirib.
Şura sədri qeyd edib ki, qəbul olunan qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşması diqqətə çatdırılıb və bununla bağlı müvafiq tövsiyələr verilib.
Rəşad Məcid Mətbuat Şurasına ünvanlanan şifahi müraciətlərin sayının da kifayət qədər çox olduğunu vurğulayıb:
“Şuraya daxil olan şifahi müraciətlərin sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur. Bir çox hallarda bu müraciətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, məsələlərin mahiyyəti Mətbuat Şurasının səlahiyyətlərinə aid olmayıb. Bununla belə, tərəflərlə şifahi danışıqlar aparmaqla çoxsaylı məsələlərin həllinə nail olmuşuq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar