Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb.
Manevr.az-ın xəbərinə görə, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur.
Məlumata görə, Rusiya bayrağı altında üzən “Mirvari” gəmisində müəyyən vəzifədə işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onun üzərində narkotik maddələr aşkarlanıb.
Hadisə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda baş verib. Bayram İsmayılov əvvəlcə üzərində qanunsuz heç bir maddə olmadığını deyib. Lakin gecə saat 2 radələrində, xidməti it Türkmənistana yola düşməyə hazırlaşan həmin gəminin otaqlarının birində yoxlama zamanı anidən reaksiya verib. Nəticədə B. İsmayılovun şalvarının cibindən ümumi çəkisi 0.169 qram olan narkotik maddə marixuana tapılıb. Xəbər lenti
Bakıdan Türkmənistana narkotik aparan dənizçi tutuldu: "Mirvari" gəmisində ƏMƏLİYYAT

Faktla əlaqədar Bayram İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.2-ci (narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə görə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, Ələt qəsəbəsində marketdən çıxarkən marixuana barədə danışan iki şəxsdən birinə yaxınlaşıb özü üçün marixuana istəyib və 15 manat ödəməyə razılaşıb:
“Həmin şəxsin göstərişi ilə yol kənarına qoyulmuş “Keno” markalı siqaret qutusunu götürüb yerinə pulu qoydum. Gəmidə bükümün yarısını çəkərək qalan hissəni qutuda, şalvarımın sol cibində saxladım. 17 may saat 2 radələrində Türkmənistana yola düşməyə hazırlaşan “Mirvari” gəmisində gömrük yoxlaması zamanı xidməti it R otağında reaksiya verdi. Gömrük əməkdaşları üzərimdə qadağan olunmuş əşya olub-olmadığını soruşduqda əvvəlcə olmadığını dedim, videoyazı aparılmaqla keçirilən şəxsi yoxlama zamanı “Keno” qutusundakı yarım bükümdə marixuanaya bənzər maddə aşkar edildi. Maddənin mənə məxsus olduğunu və sonradan istifadə etmək üçün saxladığımı bildirdim”.
Təqsirləndirilən şəxs məhkəmə iclasında suallara cavab olaraq göstərib ki, həmin maddəni gəmidə yarısını çəkib qalanını yolda və ya Türkmənistanda istifadə etmək üçün saxlayıb. Satmaq və ya başqasına vermək niyyətinin olmadığını deyib.
O, əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Bayram İsmayılov 3 il sınaq müddəti olmaqla, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun üzərinə şərti cəza dövründə Probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























