Sizin Reklam Burada
Xəbər lenti
16-10-2026
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

Tarix: 16-10-2026 19:40     Baxış: 338 A- / A+


Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Cəlal Çiftçi Azərbaycan xalqından üzr istəyib.
Manevr.az xəbər verir ki, bu barədə o X hesabında yazıb.
"Etdiyim paylaşımların qardaş Azərbaycan xalqında inciklik və kədər yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.
Fikirlərimi çatdırarkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və ehtiyatlı şəkildə ifadə etməli idim.
Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsini istəmək kimi bir məqsədim əsla olmayıb və ola da bilməz. Dini nifrət, düşmənçilik və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur. Mənə qarşı irəli sürülən bu istiqamətdəki ittihamları qəbul etmirəm", - o qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar