Sizin Reklam Burada
Xəbər lenti
16-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər

Tarix: 17-10-2026 10:26     Baxış: 435 A- / A+


Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir.
Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təklif reallaşdırıla bilərmi?
Manevr.az xəbər verir ki, globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənlinin fikrincə, bu təklif həm də milli təhsil sistemində keyfiyyət, bərabərlik prinsiplərinin təmin olunması baxımından strateji və əsaslı addımdır:
“Məktəbəqədər hazırlığın könüllü olması birinci sinfə başlayan uşaqlar arasında idrak, sosial, emosional və ibtidai akademik bacarıqlar baxımından ciddi fərqlər yaradır. Bu isə sonrakı tədris prosesində müəllimlər üçün əlavə çətinliklərə, şagirdlər arasında bilik və adaptasiya fərqlərinin yaranmasına səbəb olur. Erkən yaş dövrü uşağın psixoloji və əqli inkişafının ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə sistemli təhsil mühitindən kənarda qalan uşaqlar məktəbə uyğunlaşma, ibtidai oxu və yazı, eləcə də məntiqi düşüncə bacarıqlarının mənimsənilməsi baxımından həmyaşıdlarından geri qala bilirlər”.
Ekspert bildirib ki, dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri hər bir vətəndaş üçün bərabər başlanğıc imkanlarının yaradılmasıdır:
“Bu baxımdan məktəbəqədər hazırlığın məcburi olması təhsildə imkan bərabərliyinin təmin edilməsinə, sosial fərqlərdən asılı olmayaraq bütün uşaqların birinci sinfə eyni baza bilikləri və psixoloji hazırlıqla başlamasına şərait yaradacaq. Təklifin tam və effektiv həyata keçirilməsi üçün müvafiq dövlət qurumları məktəbəqədər təhsil müəssisələrinin infrastruktur imkanlarını genişləndirməli, kadr potensialını gücləndirməli və vahid tədris standartlarının tətbiqini başa çatdırmalıdır. Məktəbəqədər hazırlığın məcburi xarakter alması gələcəkdə daha savadlı, rəqabətədavamlı və bərabər imkanlara malik gənc nəslin yetişdirilməsi istiqamətində təhsil sisteminin atacağı mühüm addımlardan biri olacaq”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar