Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

Tarix: 20-10-2026 10:03     Baxış: 344 A- / A+
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Manevr.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə 2025-ci ilin yanvarında baş verib. Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunub. Fuad Zeynalov ona hücum sifarişini Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanovun verdiyini, bu hadisədən əvvəl də onun tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirmişdi.
R.Aslanov və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Hüseynova azadlığın məhdudlaşdırılması (elektron qolbaq), Elnur Həmidov, Musa Əhmədova isə şərti cəza verilib. İdmançılar hər biri məhkəmə zalından azadlığa buraxılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar