Xəbər lenti
Onurğa əyriliyi olanlar hərbi xidmətə çağırılacaq
Manevr.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, skolioz və kifozun mərhələsi rentgenoqramlar əsasında, V.D. Çaklinin müəyyən etdiyi Kobb bucaqlarının hesablanması ilə təyin edilir.
Qeyd olunub ki, 1-ci dərəcəli skoliozu (Kobb bucağı 10 dərəcəyədək), eləcə də 1-ci və 2-ci dərəcəli kifo-zu (Kobb bucağı 50 dərəcəyədək) olan vətəndaşlar hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə yararlı hesab edilirlər.
Xidmətdən verilən məlumata görə, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilərkən təsbit olunmuş rotasiyanın müşahidə edilmədiyi onurğanın yana əyriliyi də həqiqi struktur skoliozu kimi qiymətləndirilmir.
Belə əyrilik qamət skoliozu adlanır. Uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğa rentgenoqramında əyriliyin düzəlməsi bu halın əsas əlamətlərindəndir. Qamət skoliozu olan şəxslər də hərbi xidmətə yararlı hesab edilirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























