Sizin Reklam Burada
Xəbər lenti
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

Koreya Ukraynadakı diplomatlarının bir qismini geri çağırır

Tarix: 20-10-2026 10:28     Baxış: 339 A- / A+
Koreya Respublikası (KR) hökuməti Ukraynadakı diplomatik heyətinin bir hissəsini geri çağırmaq qərarına gəlib. 
Manevr.az xəbər verir ki, bu barədə KR Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Səfirimizin geri çağırılmasına baxmayaraq, Ukrayna tərəfindən heç bir konstruktiv addım atılmadığı, həmçinin Ukrayna ərazisində hava zərbələri təhlükəsi fonunda əməkdaşların təhlükəsizliyini təmin etməyin çətinləşdiyi nəzərə alınaraq, hökumət diplomatik heyətin bir hissəsini geri çağırmaq qərarına gəlib",- KR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Park Du-sun bildirib.

Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, iki ölkə arasında zəruri əlaqələr diplomatik kanallar vasitəsilə, əsasən də müvəqqəti işlər vəkilinin iştirakı ilə davam etdiriləcək. 
Pak Du Sun əlavə edib ki, konsulluq idarə və şöbələrinin bütün əməkdaşları öz vətəndaşlarına yardım göstərmək üçün fəaliyyətlərini davam etdirəcəklər.
Koreya Respublikası Xarici İşlər Nazirliyi həmçinin Ukraynadan bəzi diplomatik heyətin geri çağırılmasının etiraz forması olub-olmadığına dair suala da aydınlıq gətirib.  

"Hökumətimiz öz mövqeyini müxtəlif kanallar vasitəsilə artıq Ukrayna tərəfinə çatdırıb. Biz bu tədbirləri ona görə gördük ki, mövcud vəziyyətdə belə, Ukrayna tərəfindən heç bir konstruktiv addımın atılmadığı qənaətinə gəldik"- Pak Du Sun vurğulayıb.
Qeyd edək ki, 8 oktyabrda Koreya Respublikasının Xarici İşlər Nazirliyi hökumətin Ukraynadakı səfirini geri çağırmaq qərarına gəldiyini açıqlamışdı. Nazirlik eyni zamanda, məsələlərin konstruktiv şəkildə həlli məqsədilə Ukrayna ilə məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirmişdi.

Sevinc
Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar