Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

Birliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik - Bağçalı

Tarix: 20-10-2026 13:07     Baxış: 336 A- / A+

Birliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik - Bağçalı

Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi onların beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirəcək.
Manevr.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında deyib.
Bağçalı Türk Dövlətləri Təşkilatının regional və qlobal səviyyədə sülhə, əmin-amanlığa və ədalətə zəmin yaradacaq mühüm aktor olduğunu bildirib.
Onun sözlərinə görə, formalaşacaq “Türk qurşağı” türk dövlətləri və toplumları arasında dialoq və əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək:
“Müstəqillik və suverenlik çərçivəsində fürsət və imkanların dəyərləndirilməsi ilə türk dövlətləri dövrün qüdrətli aktorlarına çevriləcək”.
MHP sədri Türkiyənin Türk dünyası ilə iqtisadi, siyasi, mədəni və elmi əlaqələri möhkəmləndirən xarici siyasət yürütdüyünü vurğulayıb.
Bağçalı oktyabrın 29–30-da Türkiyənin ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə də toxunub:
“Bu zirvə ilə Türk dünyasının ürəyi Ankarada döyünəcək. Cümhuriyyətimizin 103-cü ildönümünü bütün Türk dünyası olaraq birlikdə qeyd edəcək, birliyimizi və həmrəyliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik”.modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar