Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

Şekspirin anonim pyesinin sirri açıldı: Əsərin digər müəllifi də müəyyənləşdi

Tarix: 20-10-2026 13:30     Baxış: 338 A- / A+
İngilis dramaturqu Uilyam Şekspirin 1596-cı ildə anonim şəkildə nəşr olunan “III Eduard” pyesinin əsas müəllifi olduğu müəyyənləşdirilib. Kompüter əsaslı dil təhlili əsərin digər hissələrinin isə onun müasiri və rəqibi hesab edilən Kristofer Marlo tərəfindən yazıldığını üzə çıxarıb.
Manevr.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Tədqiqatçılar əvvəllər Şekspirin pyesin yalnız bir neçə səhnəsini yazdığı ehtimalını irəli sürürdülər. Yeni araşdırma isə dramaturqun əsərin yaradılmasında daha böyük rol oynadığını göstərib. Tədqiqatın həmmüəllifi Rori Lohneyn bildirib ki, analiz Şekspirin əsas müəllif olduğunu təsdiqləməklə yanaşı, Marlonun da pyesin yazılmasında iştirakını üzə çıxarıb.
Araşdırma zamanı “III Eduard” pyesi müəllifliyi dəqiq müəyyən edilmiş əsərlərlə, eləcə də XVI əsrin sonlarında fəaliyyət göstərən daha 10 dramaturqun yaradıcılığı ilə müqayisə edilib. Müxtəlif kompüter linqvistikası metodlarından istifadə olunaraq müəlliflərin dil xüsusiyyətləri və tez-tez işlətdikləri sözlər təhlil edilib.
Nəticələrə əsasən, pyesin 23 hissəsi Şekspirə, doqquz hissəsi isə Marloya aid edilib. Tədqiqatçılar müəlliflərin ayrı-ayrı ifadələrindən çox, söz seçimlərinə və dil üslublarına diqqət yetiriblər. Məsələn, Marlonun əsərlərində tez-tez rast gəlinən “martial” sözü digər dramaturqların yaradıcılığında o qədər də xarakterik deyil.
Alimlərin fikrincə, bu nəticələr iki dramaturqun münasibətlərinə dair mövcud təsəvvürləri də dəyişə bilər. Əvvəllər əsasən rəqib və bir-birinə təsir göstərən müəlliflər kimi təqdim olunan Şekspir və Marlonun daha yaxın yaradıcılıq əlaqələri olduğu ehtimal edilir.
Qeyd edək ki, Kristofer Marlo 1593-cü ildə, 29 yaşında vəfat edib. 2016-cı ildə aparılan başqa bir araşdırmada da onun Şekspirin “VI Henri” silsiləsinə daxil olan üç pyesinin yazılmasında iştirak etdiyi irəli sürülmüşdü. Yeni tədqiqat isə iki dramaturqun əməkdaşlığının daha geniş miqyasda ola biləcəyini göstərir.qaynarinfo 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar