Xəbər lenti
Berlində fəallar özlərini asfalta yapışdırdılar
Bir qrup fəal Berlinin Wedding rayonunda, Almaniyanın müdafiə sənayesi şirkəti "Rheinmetall"ın binası qarşısında özlərini yol örtüyünə yapışdıraraq nəqliyyatın hərəkətini dayandırıb. Manevr.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi yerli polis nümayəndəsinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yerli vaxtla saat 05:30-da (Moskva vaxtı ilə 06:30-da) qeydə alınıb. Etiraz aksiyasında ümumilikdə 11 nəfər iştirak edib, onlardan 9-u özünü asfalta yapışdırıb. Asayişi bərpa etmək və yolu təmizləmək üçün hadisə yerinə təxminən 90 polis əməkdaşı cəlb olunub.
Bu yay müdafiə sənayesi konqlomeratı "Rheinmetall", əvvəllər avtomobil hissələri təchizatçısı "Pierburg" tərəfindən idarə olunan bir müəssisədə hərbi istehsala başlayıb. O vaxtdan bəri həmin obyekt tez-tez etiraz aksiyalarının hədəfinə çevrilib. Bu aksiyalardan birində hətta isveçli fəal Qreta Tunberq də iştirak edib.
"Rheinmetall" Almaniyanın ən böyük müdafiə şirkətidir. Hazırda "Rheinmetall" sifariş portfelini fəal şəkildə şaxələndirir. Qrup, ənənəvi olaraq artilleriya sistemləri, zirehli texnika və sursat istehsal etməklə yanaşı, aviasiya və gəmiqayırma sənayeləri üçün komponentlər təchiz edir, həmçinin pilotsuz uçuş aparatlarının istehsalını genişləndirir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























