Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

BƏƏ-nin 6 döyüş təyyarəsi Azərbaycanda - Video

Tarix: 20-10-2026 15:43     Baxış: 331 A- / A+
BƏƏ-nin 6 döyüş təyyarəsi Azərbaycanda - Video
Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək səviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.
"Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin məqsədi, mərhələləri, eləcə də iştirakçı qüvvələr və vasitələr barədə ətraflı məlumat verilib.
Məruzə olunub ki, “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində əsas diqqət ölkələrimiz arasında hərbi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, Hərbi Hava Qüvvələrimiz arasında qarşılıqlı uzlaşma və birgə fəaliyyət qabiliyyətinin artırılmasına, hava əməliyyatlarının planlaşdırılması və əlaqələndirilməsinin təkmilləşdirilməsinə, eləcə də iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Təlimə Azərbaycan Ordusundan 3 hava hücumundan müdafiə sistemi, 2 radioelektron mübarizə və 20 aviasiya vasitəsi, həmçinin BƏƏ-dən 6 döyüş və 1 nəqliyyat təyyarəsi, 3 helikopter olmaqla ümumilikdə hər iki ölkədən 600-dən çox hərbi qulluqçu cəlb edilib.
Sonra "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçıları təlimin gedişatını, eləcə də aviasiya vasitələrinin hər iki ölkənin dövlət bayraqları ilə nümayiş keçidini izləyiblər.
Qeyd edək ki, oktyabrın 12-dən etibarən müdafiə və hücum xarakterli hava əməliyyatları, eləcə də döyüş şəraitində axtarış-xilasetmə tapşırıqlarının icra olunduğu “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində hərbi qulluqçuların nümayiş etdirdiyi peşəkarlıq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Sonda qonaqlar təlimdə cəlb olunan aviasiya vasitələri ilə tanış olublar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar