Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Banandan 3 dəfə çox kalium ehtiyatı olan meyvə

Tarix: 20-10-2026 09:40     Baxış: 430 A- / A+
Kalium dedikdə ağıla ilk gələn qida banan olsa da, püstə (Antep fıstığı) bu mineralın miqdarına görə bananı geridə qoyur. Püstə kaliumla yanaşı, zülal, lif və antioksidantlarla da zəngindir.
Manevr.az xəbər verir ki, 100 qram püstədə təxminən 1 020 milliqram kalium var.
100 qram bananda təxminən 350-360 milliqram kalium var.
Kalium əzələ və əsəb sisteminin normal işləməsində, qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır.
Ürək-damar sağlamlığını dəstəkləyir
Püstə doymamış yağ turşuları və fitosterollarla zəngindir. Doymuş yağlı çərəzlər əvəzinə püstə yemək xolesterin səviyyəsini nəzarətdə saxlamağa kömək edir. Tərkibindəki E vitamini, polifenollar və karotenoidlər hüceyrələri qoruyur.
Toxluq hissi yaradır və əsəb sistemini gücləndirir
Zülal və liflə zəngin olduğu üçün uzun müddət tox saxlayır. Tərkibindəki B6 vitamini əsəb sistemini dəstəkləyir, maqnezium, fosfor və mis isə orqanizmin mineral ehtiyacını ödəyir.
Püstənin faydalarından yararlanmaq üçün gün ərzində bir ovuc (təxminən 25-30 qram) yemək kifayətdir. Artıq duz qəbulunun və kalori artımının qarşısını almaq üçün duzsuz və təbii püstəyə üstünlük verilməlidir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar