Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda yüzlərlə saxta alkoqollu içki hazırlanıb - Şəkillər

Tarix: 20-10-2026 23:34     Baxış: 339 A- / A+
Bakıda kustar üsulla saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan qanunsuz obyekt aşkarlanıb.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanında yerləşən, Məmməd Engels oğlu Tapdıqova məxsus fərdi yaşayış evində qanunsuz fəaliyyət faktı aşkarlanıb. Həmin ünvanda kustar üsulla saxta aksiz markalı alkoqollu içkilər hazırlanaraq satılıb.

Baş İdarənin həmin ünvanda keçirdiyi operativ nəzarət tədbirləri zamanı müəyyən edilib ki, fərdi yaşayış evi rəsmi icarə müqaviləsi bağlanmadan, şifahi razılaşma əsasında Elnur Qəhrəman oğlu İsmayılova icarəyə verilib. O, həmin ünvanda saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olub.

Obyektə baxış zamanı istehsal prosesinin müvafiq sanitariya normalarına və standartlara əməl edilmədən təşkil olunduğu müəyyənləşdirilib.

Obyektdən saxta aksiz markaları ilə markalandığı ehtimal olunan "ORGANİC SOFT" markalı 0.7 litrlik 516, 1 litrlik 74 və 0.5 litrlik 10 ədəd alkoqollu içki, həmçinin aksiz markası olmayan 126 ədəd alkoqollu içki aşkarlanaraq götürülüb.

Bundan başqa, sexdə rulon şəklində 124 ədəd saxta aksiz markası, araq istehsalı və qablaşdırılması üçün xüsusi avadanlıq, şüşələr üçün etiketlər və tıxaclar, eləcə də müxtəlif həcmli boş butulkalar aşkarlanıb.

Araşdırma zamanı obyektdə əmək müqaviləsi bağlanmadan üç nəfərin də işlədildiyi müəyyən olunub.

Nəzarət tədbirlərində iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri məhsullardan nümunələr götürüblər. Aşkarlanmış faktlarla bağlı araşdırmalar davam etdirilir.

Dövlət Vergi Xidməti xatırladıb ki, aksiz markası tələb olunan məhsulların belə marka olmadan satılması, aksiz markalarının saxtalaşdırılması, eləcə də qanunsuz istehsal edilmiş məhsulların istehlak bazarına çıxarılması qanunvericiliklə qadağandır.

Qurum bu kimi halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar