Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Energetiklər Günü qeyd olunub

Tarix: 20-10-2026 18:08     Baxış: 344 A- / A+


Sumqayıt şəhərində 20 Oktyabr – Energetiklər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Manevr.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmisi Gündüz Əliyev, Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov, “Azərişıq” ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov, energetika sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Energetiklər Günü münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Bildirilib ki, Azərbaycan energetikasının müasir inkişafının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin rəhbərliyi ilə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, istehsal güclərinin artırılması və energetika infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə energetika sahəsində həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində ölkənin enerji sistemi daha da gücləndirilir, yeni yarımstansiyalar tikilir, mövcud enerji obyektləri yenidən qurulur, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması infrastrukturu müasirləşdirilir.
Çıxışlarda Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan Sumqayıt şəhərinin etibarlı enerji təminatının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə şəhərin müxtəlif ərazilərində elektrik şəbəkələrinin yenilənməsi, yeni transformator məntəqələrinin və paylayıcı qurğuların quraşdırılması, mövcud xətlərin təmir və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər əhalinin və sənaye müəssisələrinin dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.
Tədbirdə energetiklərin gündəlik fəaliyyətinin məsuliyyətli və fədakar əmək tələb etdiyi xüsusi qeyd olunub, şəhərin enerji təsərrüfatının inkişafında onların xidmətləri yüksək qiymətləndirilib.
Tədbirin sonunda energetika sahəsində səmərəli fəaliyyətinə, peşə vəzifələrinin nümunəvi icrasına və şəhərin enerji təsərrüfatının inkişafına verdikləri töhfələrə görə bir qrup əməkdaş Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar