Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu

Tarix: 22-10-2026 17:11     Baxış: 343 A- / A+



Dövlət proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Manevr.az xəbər verir ki, beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçümüz təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin "Qlobal idarəetmə və diplomatiya" (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində yer alacaq.
O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək.
Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekan (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin olunması, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.
Qeyd edək ki, Nuranə Məmmədova magistratura təhsilini də dövlət proqramı çərçivəsində "Diplomatik tədqiqatlar" ixtisası üzrə Oksford Universitetində alıb.
Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır
Təqaüdçümüzü təbrik edir, akademik və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar