Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Tarix: 22-10-2026 13:54     Baxış: 344 A- / A+


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir.
Manevr.az xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyini demişdim. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq, bu il çətin ki, çatdıraq", - deyə o qeyd edib.
Ermənistanın Baş naziri Azərbaycanla işləməyin vacibliyini də vurğulayıb.
"Biz Azərbaycanla işləməliyik", - deyə Paşinyan əlavə edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar çərçivəsində tərəflər sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində əlavə addımların atılmasının vacibliyini vurğulayıblar. Saziş layihəsində tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıması, bir-birinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə belə iddiaların irəli sürülməməsi nəzərdə tutulur. Sənədin qüvvəyə minməsi üçün tərəflərin daxili prosedurları tamamlaması və bununla bağlı bildirişləri mübadilə etməsi tələb olunur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar