Xəbər lenti
Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil
2027-ci ildə uşaqpulunun verilib-verilməyəcəyi dövlət büdcəsinin müzakirəsi zamanı bəlli olacaq. Lakin ilkin büdcə parametrlərində gələn il uşaqpulunun verilməsi məsələsi gündəmdə deyil.Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışarkən deyib.
O, sosial müdafiə ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müəyyən azalmaların nəzərdə tutulduğunu xatırladıb.
"Azalma təxminən 100 milyon manat civarındadır. Müzakirələr zamanı belə bir təklif irəli sürülərsə, parlamentin büdcəyə əlavələr və dəyişikliklər etmək səlahiyyəti var”, deyə iqtisadçı bildirib.
İqtisadçı Əkrəm Həsənov isə gələn il uşaqpulunun verilməsini gözləmədiyini deyib.
“Əgər belə bir plan olsaydı, bu barədə müzakirələr gedərdi. Amma bunu gözləmək də real görünmür. Çünki Azərbaycan iqtisadiyyatı artmır, büdcənin ciddi problemləri var. Uşaqpulu vermək üçün vəsait hansısa mənbədən ayrılmalıdır. Buna görə də böyük ehtimalla uşaqpulu verilməyəcək", deyə Əkrəm Həsənov qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























