Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb

Tarix: 23-10-2026 20:38     Baxış: 41 A- / A+


Ermənistanın ikinci prezidenti Robert KöçəryanErmənistanın ikinci prezidenti Robert Köçəryan

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.
Hakim Aram Qriqoryan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib. Prokuror bildirib ki, Köçəryan azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqın gedişinə mane ola bilər.
Sabiq prezidentin vəkili Aram Orbelyan isə həbs müddətinin uzadılması üçün heç bir əsas olmadığını bildirib.
“Ümumiyyətlə, qətimkan tədbirinin tətbiqinə ehtiyac olmadığını düşünürük. Bu prosesin müəyyən siyasi çalarları, yaxud birbaşa siyasi məqsədi ola bilər”, – vəkil vurğulayıb.
Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.
Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.
Avqustun 27-də məhkəmənin qərarı ilə sabiq prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar