Xəbər lenti
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Manevr.az xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub.
Araşdırmanın nəticələrinə görə, bu müalicəni alan xəstələrdə xərçəngin təkrarlanması və ya ölüm riski yalnız "Keytruda" qəbul edənlərlə müqayisədə 42 faiz aşağı olub.
COVID-19 peyvəndlərində də istifadə olunan mRNT texnologiyasına əsaslanan üsul hər xəstə üçün fərdi hazırlanır. Bunun üçün xəstənin şişindən götürülən nümunə araşdırılır və xərçəng hüceyrələrinə xas xüsusiyyətlər müəyyənləşdirilir. Məqsəd immun sisteminin həmin hüceyrələri tanımasını və onlara qarşı mübarizə aparmasını təmin etməkdir.
Tədqiqatın nəticələri Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin toplantısında açıqlanıb. Şirkətlər peyvəndin ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənməsi üçün müraciət etməyə hazırlaşırlar.
Hazırda bu texnologiyanın ağciyər və mədəaltı vəzi xərçəngi kimi digər xərçəng növlərinə qarşı istifadəsi də araşdırılır. Peyvənd hələ eksperimental mərhələdədir və geniş istifadəsi üçün rəsmi təsdiq almalıdır.bakıvaxtı.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























