Xəbər lenti
Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər - Şəkillər
Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminovun qətlə yetirilməsi ilə bağlı şahidlər danışıblar.Hadisə ötən gecə Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
Məlumata görə, toy məclisindən çıxan şəxslər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib.
Şahidlərin sözlərinə görə, əvvəlcə Vüqar Şirinzadə ilə Elmin Əminov arasında mübahisə yaranıb. Daha sonra davaya qardaşlar da qoşulublar. Hadisə zamanı Rahib Əminov ürəyindən bıçaqlanaraq həyatını itirib. Onun qardaşı Elmin Əminov və daha bir nəfər isə yaralanıb.
Mərhumun yaxınları bildiriblər ki, tərəflər arasında əvvəldən hər hansı ədavətin olub-olmadığını bilmirlər. İlkin ehtimala görə, mübahisəyə söyüş və qarşılıqlı söz atışması səbəb olub.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb. Rahib Əminovun qətlində şübhəli bilinən Vüqar Şirinzadə saxlanılaraq istintaqa cəlb edilib.
Qeyd edək ki, R.Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























