Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Onların maaşına 50 faizədək əlavə veriləcək

Tarix: 24-10-2026 15:40     Baxış: 339 A- / A+
Onların maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.
Manevr.az trend-ə istiadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərinə və ali tibb təhsili müəssisələrinin klinik kafedralarında fəaliyyət göstərən professorlara qədər müxtəlif kateqoriyaları əhatə edir.
Qaydalara əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hospitalların, pansionatların və bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə vəzifə maaşının 15 faizi, həmin müəssisələrin digər işçilərinə isə 10 faizi həcmində əlavə haqq ödənilir.
Magistral boru kəmərlərinin və yeni dəmir yollarının çəkilməsi, neft və qazın nəqli, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət göstərən tibb və əczaçılıq işçiləri də vəzifə maaşlarının 15 faizi qədər əlavə alırlar.
Tibb müəssisələrində qızıl qəbul edən işçilər üçün də eyni faiz müəyyən edilib. Təhlükəli həşəratların, digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlarda yerləşən sanitar-epidemioloji stansiyaların entomoloqları və onların köməkçiləri də vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq almaq hüququna malikdirlər. Həmin ərazilərin hansı rayonlara aid edilməsi Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada həyata keçirilir.
İldə 5 tondan artıq qan plazması emal edən qanköçürmə stansiyalarında texnoloji prosesdə çalışan fəhlələrə vəzifə maaşının 10 faizi həcmində əlavə ödənilir.
Zibil quyularından çıxarılan murdar və bərk tullantıları daşıyan arabaçılara 10 faiz, həmin quyuları özləri təmizləyən arabaçılara isə 15 faiz əlavə haqq verilir.
Ən yüksək əlavə ödənişlərdən biri dişlərin hazırlanmasında qiymətli metallardan istifadə etməklə texniki işləri yerinə yetirən dişdüzəldənlərə və digər işçilərə aiddir. Onlara vəzifə maaşının 25 faizi həcmində əlavə haqq ödənilir.
Bundan başqa, dövlət büdcəsindən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan, eyni zamanda əhaliyə tibbi xidmət göstərilməsi, müalicə və diaqnostika işlərinə bilavasitə cəlb olunan əməkdaşlar üçün ayrıca ödəniş nəzərdə tutulur.
Həmin müəssisələrdə çalışan professor və dosentlərə yüksək ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi həcmində əlavə haqq verilir. Assistentlərə isə müvafiq ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi qədər əlavə ödənilir.
Beləliklə, əlavə haqqın məbləği işçinin tutduğu vəzifədən, əmək şəraitindən və yerinə yetirdiyi işin xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar