Sizin Reklam Burada
Xəbər lenti
25-10-2026
24-10-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə-Ermənistan sərhədindəki körpü yenidən inşa ediləcək

Tarix: 26-10-2026 09:01     Baxış: 339 A- / A+
Türkiyə-Ermənistan sərhədindəki körpü yenidən inşa ediləcək
Türkiyə ilə Ermənistan arasındakı tarixi Ani körpüsü yenidən inşa ediləcək.

 "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O, bildiirb ki, körpünün yenidən inşası ilə bağlı tender prosesi başa çatıb.

Uraloğlunun sözlərinə görə, körpü Orta əsrlərin mühüm ticarət mərkəzlərindən biri olan Anidə yerləşir. X əsrdə İpək Yolu üzərində inşa edilən və günümüzə yalnız dayaqları qalan tarixi tikili yenidən bərpa olunacaq.

İpək Yolu üzərində gömrük keçid məntəqəsi kimi inşa edilən körpü əsrlər boyu Şərqlə Qərb arasındakı ticarətin mühüm keçid nöqtələrindən biri olub. Nazir tikilinin tarixi və mədəni irs baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Uraloğlu bildirib ki, körpünün uzunluğu 80 metr, eni isə 8 metr olub. Tikili Arpaçay çayının məcrasının 36 metrədək daraldığı nöqtədə yerləşir. Körpünün 31 metr aşırımlı dairəvi tağı 1807-ci il oktyabrın 16-da dağılıb.

Ani körpüsünün də yerləşdiyi Ani arxeoloji ərazisi 21 mədəni irs nümunəsi ilə birlikdə 2016-cı ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Uraloğlunun sözlərinə görə, əsas məqsəd tarixi tikilini qoruyaraq gələcək nəsillərə ötürməkdir.

Uraloğlu Türkiyə ilə Ermənistan arasında imzalanmış protokol çərçivəsində bərpa işlərinin birgə komissiyanın koordinasiyası ilə həyata keçiriləcəyini bildirib.

Körpünün yenidən inşası ilə bağlı işlərin əhatə dairəsini və üsullarını müəyyən edən protokol mayın 4-də İrəvanda imzalanıb. modern.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar