Xəbər lenti
Həkəri çayı üzərində yeni su anbarı inşa ediləcək

"Həkəri çayı üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək".
Manevr.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub:
"2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Layihə yalnız içməli su təminatı məqsədilə nəzərdə tutulub.
Layihəyə əsasən, 172 kilometr uzunluğunda magistral su xətti vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin içməli su təminatının yaxşılaşdırılması planlaşdırılır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























