Xəbər lenti
Bütün şagirdlərin telefonu olmalıdır? - YENİ TƏLƏB

Azərbaycan məktəblərində şagirdlərin rəsmi dövlət xidmətləri platforması olan “myGov” tətbiqində qeydiyyatdan keçməsi tələb olunur.
Bir sıra valideynlər arasında bununla bağlı narazılıq yaranıb.
Bildirilib ki, “myGov” profilinin 7 yaşdan yuxarı hər bir uşaq üçün açılması istənilsə də, mobil cihazdakı bir tətbiqə bir neçə profilin əlavə edilməsi mümkün olmur. Bu da kiçik yaşlı uşaqlar üçün əlavə smartfonun alınması kimi tələb yaradır.
“İndi uşaqlara telefon alaq? Olar ki, yeniləyəndə bir telefonda 3-4 profil əlavəsinə icazə verilsin?” - deyə şikayətlərin birində qeyd olunub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “myGov” platforması mövcud təklifə cavab verib. Qurumdan bildirilib ki, “myGov” platformasında SİMA rəqəmsal imza vasitəsilə 7 yaşdan yuxarı şəxslərin qeydiyyatdan keçməsi mümkündür:
“Hazırda mobil tətbiqdə eyni cihaz üzərindən bir neçə istifadəçi profilinin əlavə edilməsi və profillər arasında keçid imkanları mövcud deyil. Bununla belə, qeyd edilən funksionallığın tətbiqə əlavə edilməsi ilə bağlı təklif qeydə alınaraq dəyərləndirilməsi üçün aidiyyəti komandaya yönləndiriləcək”. ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































