Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs olundu

Tarix: 04-11-2026 22:28     Baxış: 36 A- / A+
Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs olundu
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib.

66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi “xidmət” qarşılığında isə qadından 5000 manat pul alıb.

Məlumata görə, zərərçəkənin oğlu 2024-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı İstintaq Təcridxanasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.4 (külli miqdarda oğurluq), 193-1.3.1 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması) və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması xeyli miqdarda törədilməsi) maddələri ilə cinayət işi açılıb.

Lakin Firudin Əmirov zərərçəkən qadına verdiyi sözü tutmayıb. Buna görə də, o, şikayət əsasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Qeyd olunub ki, zərərçəkən qadın Firudini qızının kişi dostu vasitəsilə tanıyıb. Zərərçəkən ifadəsində Firudinin onu aldatdığını, verdiyi 5000 manat pulu qaytarmadığını və ondan şikayətçi olduğunu deyərək, barəsində ağır cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə F.Əmirov barəsində 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar