Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

Tarix: 05-11-2026 12:06     Baxış: 326 A- / A+
Şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq2027-ci ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün 600 mənzilin alınmasına 40 milyon manat ayrılması nəzərdə tutulur.
Manevr.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, gələn il mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təminat proqramları davam etdiriləcək.
Tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, əlilliyi müəyyən edilmiş şəxslərin isə reabilitasiya vasitələri ilə təmin edilməsi üçün 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar