Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib

Tarix: 06-11-2026 14:31     Baxış: 441 A- / A+


Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndinin Arif Əliyev adına 1 saylı ictimai məktəbi üçün yeni bina inşa edilib.
Manevr.az xəbər verir ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze təhsil ocağına baş çəkib.
Nazir məktəb rəhbərliyinin nümayəndələri və şagirdlərin valideynləri ilə görüşüb, onları yeni məktəbin tikintisinin başa çatması münasibətilə təbrik edib.
Məktəbin tikintisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin nəzdindəki Bələdiyyələrin İnkişafı Fondu tərəfindən həyata keçirilib. Tikinti-təmir işləri yekunlaşdırılıb, hazırda nəzarətçi təşkilat tərəfindən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.
Müasir standartlara cavab verən binada sinif otaqları, laboratoriya, kitabxana, kompüter otağı və yeməkxana yerləşir. Məktəb ərazisində açıq idman meydançası da yaradılıb, bina xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün də uyğunlaşdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar