Sizin Reklam Burada
Xəbər lenti
05-11-2026
04-11-2026
BÜTÜN XƏBƏRLƏR

İran Ermənistana xəbərdarlıq edib

Tarix: 05-11-2026 17:31     Baxış: 423 A- / A+


İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, Vilayəti bu barədə "İttilaat" qəzetində yayımlanan "Ermənistan Baş nazirinə açıq və səmimi müraciət" başlıqlı məqaləsində bildirib.
Ermənistan parlamentində "Tramp marşrutu"nun (TRIPP) təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin ratifikasiyasını nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb. 
O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb. 
Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub. 
İran rəsmisinin sözlərinə görə, Ermənistanın Azərbaycan, İran, Türkiyə və ehtimal ki, gələcəkdə Gürcüstanla münasibətləri qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətdədir. O, beş il əvvəl Tehranda keçirilən Astana formatlı sammiti çərçivəsində İran İslam Respublikasının keçmiş Ali Rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərini xatırladaraq, həmin görüşdə Zəngəzur dəhlizinin yaradılmasına açıq şəkildə qarşı çıxıldığını bildirib. Vilayəti bu mövqenin İranın xarici siyasətində "qırmızı xət"lərdən biri olduğunu vurğulayıb.
Vilayəti əlavə edib ki, Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi mümkün yanlış hesablamadır. O, bu məsələni Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrı görüşlərində müzakirə etdiyini, həmçinin, mətbuat konfransında İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan regionun təhlükəsizliyinə cavabdeh olduğunu açıq şəkildə bəyan etdiyini bildirib.
"Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu "qırmızı xətti"ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq", - İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.
Vilayəti Ermənistan hökumətinin ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmasını da tənqid edib, o, bu yanaşmanın Cənubi Qafqazda gərginliyin artmasına zəmin yarada biləcəyi barədə xəbərdarlıq edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar