Sizin Reklam Burada
Xəbər lenti
05-11-2026
04-11-2026
BÜTÜN XƏBƏRLƏR

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Tarix: 06-11-2026 09:03     Baxış: 329 A- / A+


Konqresə aralıq seçkilərdə demokratiyanın qələbəsi Trampın gəlişi ilə normallaşan ABŞ-Azərbaycan münasibətlərini yenidən çətinə sala bilər. Məsələ təkcə demokratların daxili işlərə müdaxilə siyasətindən yox, həm də regiona Ermənistanın pəncərəsindən baxmasıdır.
Sonuncu dəfə Bayden Administrasiyası zamanı bu təcrübə yaşanıb.
- Qarabağda suverenliyimizin bərpası prosesində həm qanunvericilik, həm administrasiya müstəvisində Azərbaycana qarşı mövqe sərgilədilər;
- Zəngəzur dəhlizi layihəsində İrəvanın gündəliyindən çıxış edirdilər; - ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycana qarşı 907-ci düzəliş yenidən aktivləşdirildi.
Administrasiya respublikaçılarda olsa da, demokratların Konqres üzərindən bu siyasəti davam etdirəcəyi istisna deyil. Bu riski artıran amillərdən biri ANCA-nın (Amerika Erməni Milli Komitəsi) dəstəklədiyi namizədlərin əksəriyyətinin qalib gəlməsidir. Erməni komitəsinin dəstəklədiyi 64 namizəddən (7-si Senat, 57-si Nümayəndələr Palatası) 7-si Senata, 50-si Nümayəndələr Palatasına seçildi. Təcrübə deməyə əsas verir ki, ANCA-nın dəstəyi ilə seçilənlər Azərbaycana qarşı fəaliyyət öhdəliyi götürürlər.
Misal üçün, Senata seçilən ilk müsəlman amerikalı Abdul əs-Sayedin qələbə çıxışında Azərbaycanla bağlı danışması bunu deməyə əsas verir. Sayed Tramp Administrasiyasının Azərbaycana qeyd-şərtsiz hərbi yardımını beynəlxalq hüququn pozulması olduğunu iddia edib. Bəyan edib ki, senator kimi fəaliyyətində “erməni xalqının sülh, ləyaqət, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcək”.
Senata seçilən Kris Pappas da belə nümunələrdəndir. ANCA tərəfindən xidmətlərinə görə “A” kateqoriyası üzrə qiymətləndirilən Pappas “Qarabağ erməniləri” və Bakıda həbsdə olan erməni əsilli cinayətkarları müdafiə edir. ANCA-nın dəstək verdiyi digər namizədlər də eyni mövqedədir.
Konqresin erməni şəbəkəsi üç məsələ üzərində xüsusilə dayana bilər:
1. 907-ci düzəlişin yenidən aktivləşdirilməsi;
2. “Qarabağ ermənilərinin hüquqları” iddialarının gündəmə gətirilməsi;
3. Bakıda sübuta yetirilmiş hərbi cinayətlərə görə həbsdə olan ermənilərin azad edilməsi;
Və bunun üçün Tramp Administrasiyasının siyasətinə də təsir etməyə çalışacaqlar.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar