Xəbər lenti
Hamilə tələbənin təhsilini davam etdirməsinə hansı maneələr yarandı?
Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Xəyalə Xudayarova hamiləliklə əlaqədar yaşadığı ciddi sağlamlıq problemlərinə görə akademik məzuniyyətə çıxmaq istəyib. Lakin tələbənin sözlərinə görə, universitet onun ilk müraciətinə imtina cavabı verib.Xəyalə Xudayarova toksikozdan əziyyət çəkdiyi üçün dərslərdə iştirak edə bilmədiyini və davamiyyətsizliyə görə fənlərdən kəsildiyini bildirib.
Tələbə müraciəti zamanı həkim arayışını və digər zəruri sənədləri də təqdim etdiyini deyib:
"Ərizəmi və bütün zəruri sənədləri universitetin əsas korpusuna təqdim etdim. Hamiləlik zamanı toksikozdan əziyyət çəkdiyim üçün həkimdən aldığım tibbi arayışı da sənədlərə əlavə etdim. Lakin mənə bildirildi ki, hamiləlik və toksikoz keçərli səbəb deyil. Müraciətimə baxılması ləngidildi və nəticədə ilk ərizəmə imtina cavabı verildi".
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinə müraciət edilib. Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, tələbə ilk ərizəsində soyadını səhv yazıb. Daha sonra ikinci ərizəsini təqdim edib və ona akademik məzuniyyət verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































