Xəbər lenti
Vardanyanın arvadı Bakıya gəlmək istəyir
Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb.O, bildirib ki, müxtəlif ölkələrdən qadınların təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edərək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək istəyir.
Zonabendin sözlərinə görə, nümayəndə heyətinin məqsədi məhbuslara yaxınlarının məktublarını, fotolarını və bağlamalarını çatdırmaqdır.
O qeyd edib ki, səfərlə bağlı hazırlıq işləri davam edir. Nümayəndə heyəti müvafiq razılaşmalar əldə olunduqdan sonra Bakıya gəlməyə hazırdır.
Zonabend, həmçinin bildirib ki, məhbuslar üçün müxtəlif şəxslər tərəfindən toplanan 1254 məktub oktyabrın 1-də Ermənistan hökumətinə təqdim edilib. Məktubların Bakıya çatdırılmasına kömək göstərilməsi xahiş olunub.
“Bizim məqsədimiz dəyişməz olaraq qalır: yaxınlarımızı görmək və məhbusların ailələri ilə əlaqəsini bərpa etmək istəyirik”, – deyə o vurğulayıb. globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































