Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Tarix: 06-11-2026 20:27     Baxış: 316 A- / A+
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.

Yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.

Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.

Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.

Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.

Qaydaya görə, məlumatları dəqiq müəyyənləşdirmək mümkün olmadıqda əsassız rəqəmlərin uçot sənədinə daxil edilməsinə icazə verilmir.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar