Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə 5 milyon manatlıq siqaret qaçaqmalçılığında təqsirləndirilən Fariz Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Xəbər lenti
Mənə 100 min təklif edib dedilər ki, işi üstünə götür, 3 aya çıxacaqsan
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə 5 milyon manatlıq siqaret qaçaqmalçılığında təqsirləndirilən Fariz Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Proses şahidlərin ifadələri ilə davam etdirilib.
Məhkəmədə dindirilən şahid Ə.F. təqsirləndirilən Fariz Məhərrəmovu tanımadığını bildirib:
"Özüm də bilmirəm bu işə niyə daxil edilmişəm. Tikintidə iş icraçısı işləyirəm. Evimdən tapılan 4 blok siqaret özümə məxsus olub. Onu da ümrə ziyarətindən gələndə, Dubaydan keçərkən alıb gətirmişdim. Gömrükdən də qanuni keçirmişəm."
Şahid H.F. isə ifadəsində limanda briqadir işlədiyini deyib:
“Briqadir kimi işim gəmiləri boşaldıb yükləri yerbəyer etmək idi. Tapşırığı Liman Xidmətinin rəisi Zaur Həşimovdan alırdım. Sonra gömrük əməkdaşı gəlib deyirdi ki, bu, filankəsin malıdır, filan maşının üstünə vurulsun. Limanın rəisi Rəşad Daşdəmirovu isə ancaq əraziyə düşəndə görürdüm.
'Bayandur' gəmisi ilə gələn 6 konteyner boşaldılaraq təyin olunan yerə qoyulmuşdu. İçində nə olduğunu bilməmişəm. Zaur 4 konteynerin liman postuna aparılmasını tapşırdı. Həmin vaxt növbədə Tahir adlı müfəttiş idi. Konteynerlərin 2 saylı posta aparılmasına Tahirdən icazə aldım. Aprelin 24-də Zaur Həşimov qalan 3 konteynerin gəmiyə yüklənməsi barədə göstəriş verdi və dedi ki, onları 6-cı körpüyə gətirim. Rəşad Daşdəmirov, Zaur Həşimov və mənim aramda söhbət oldu. Həşimov mənə dedi ki, “İstintaq gedir, işi üstünə götür, 3 aya çıxacaqsan”. Mənə 100 min manat pul təklif etdilər, amma razılaşmadım. Dedim ki, “Siz nə danışırsınız? Mən şəkər xəstəsiyəm, bu yükü boynuma götürə bilmərəm”.
Şahid qismində ifadə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəis müavini general-leytenant Cəbrayıl Usubovun oğlu, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin sabiq rəisi Fərid Usubov isə ifadəsində nə Farizi tanıdığını, nə də ümumi işlə aidiyyəti olduğunu vurğulayıb:
"Mən limanda post rəisi işləmişəm. İşim gələn yüklərin rəsmiləşdirilməsi və bölgüsü idi. Sentyabrda təqaüdə çıxmışam. Aprelin 24-də konteynerlərin 'Bayandur' gəmisi ilə yüklənib yola salınmasından xəbərim olmayıb. Həmin gün saat 09:00-da işdə olmuşam, növbə rəisi Heydər idi. Mənə yanlış məlumat verilə bilərdi, amma o vaxta kimi belə hallarla qarşılaşmamışdım."
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşı Tamerlan Axundzadə ifadəsində gəminin sənədlərdə dolu göstərilməsinə baxmayaraq, gəminin boş olduğunu deyib:
"Komissiyanın üzvü olmuşam. Aprelin 24-də 'Bayandur' gəmisini yoxlamışam, yük yerini yoxlamağa ehtiyac görmədim, çünki gəmi yüksüz idi. Amma sənədlərdə gəmi dolu göstərilmişdi."
Siqaret qaçaqmalçılığı işi üzrə təqsirləndirilənlərdən biri olan Rövşən Tarverdiyev Fariz Məhərrəmovu tanımadığını, iş üzrə sözügedən 6-7 sotluq açıq sahəni anbar kimi istifadə etdiyini bildirib.
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının liman xidmətinin rəisi Zaur Həşimov ifadəsində Liman Xidmətinin rəisi işlədiyini qeyd edib:
"Rəşad Daşdəmirovun göstərişlərini icra edirdim. 'Bayandur' gəmisi ayın 22-də limana yanaşdı, 2 gün sonra hərəkət etdi. Mənə gəminin nasazlığa görə Türkan reydində gözlədiyini bildirdilər. Gəmi boşaldılan vaxt orada olmamışam. Rəşad Daşdəmirov mənə dedi ki, cinayət məsuliyyətinə cəlb olunsam narahat olmayım, məsələni həll edəcəklər. Hətta 150 minlik kreditimi ödəyəcəyini vəd etmişdi."
Proses zamanı dövlət ittihamçısı Zaur Həşimovun ibtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildirib və onun əvvəlki ifadəsi elan olunub. İfadədə Z.Həşimov gəmidə yükün gəldiyini əvvəldən bildiyini, Rəşad Daşdəmirovun və digər məsul şəxslərin tapşırıqları ilə hərəkət etdiyini etiraf edib.
Növbəti proses 27 noyabr tarixinə təyin olunub.
Xatırladaq ki, ittihamda Fariz Məhərrəmovun xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirildiyi qeyd olunub. Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.
Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.
Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.
5 iyun 2026-cı il tarixdə məhkəmənin qərarı ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov ev dustaqlığına buraxılıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































