Xəbər lenti
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
Azərbaycan Prezidenti İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanı Telman Hüseynova ali hərbi rütbə verib.Manevr.az xəbər verir ki, bu barədə dövlət başçısının imzaladığı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamda qeyd olunub.
Sərəncama əsasən, polkovnik Telman Əsgər oğlu Hüseynova "general-mayor" ali hərbi rütbəsi verilib.
Telman Hüseynovun bioqrafiyasını təqdim edirik:
O 27 noyabr 1977-ci ildə Xankəndi şəhərində anadan olub.
1984-1992-ci illərdə Füzuli rayonunun Dilağarda kəndində orta təhsil alıb.
1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. 2017-2019-cu illərdə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsilini davam etdirib.
Hərbi xidmətinə tağım komandiri kimi başlayan Telman Hüseynov sonrakı illərdə kəşfiyyat bölük komandiri, kəşfiyyat rəisinin köməkçisi, briqadanın kəşfiyyat rəisi, qərargah rəisi - hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Ordu Korpusunun kəşfiyyat rəisi və Ordu Korpusunun komandirinin müavini vəzifələrində xidmət edib.
44 günlük Vətən müharibəsi zamanı Telman Hüseynov 2-ci Ordu Korpusunun kəşfiyyat şöbəsinin rəisi vəzifəsində xidmət edib.
Onun rəhbərliyi ilə korpusun kəşfiyyat bölmələri və tabeliyinə verilmiş digər bölmələr düşmənin müdafiə səddinin yarılmasında, əks-hücumların dəf edilməsində və hücum əməliyyatlarının davam etdirilməsində iştirak edib.
Hərbi qulluqçu Cəbrayıl, Hadrut, Füzuli və Qubadlı istiqamətlərində aparılan döyüş əməliyyatlarında fərqlənib. Onun xidmət etdiyi bölmələr bu ərazilərdə bir sıra yaşayış məntəqələrinin və strateji yüksəkliklərin azad olunmasında iştirak edib.
Döyüşlər zamanı düşmənin tank atəşi nəticəsində baş və kürək nahiyəsindən yaralanan Telman Hüseynov hospitala təxliyə edilsə də, bir gün sonra yenidən döyüş bölgəsinə qayıdıb.
Hərbçi müharibə xatirələrindən danışarkən bildirib ki, Azərbaycan Ordusunda döyüş ruhu və mənəvi-psixoloji vəziyyət yüksək olub, hərbi qulluqçular qələbəyə böyük inamla döyüşüblər. O, doğma rayonu Füzulinin azad olunmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.
Telman Hüseynov hərbi xidmətləri və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə bir sıra dövlət təltiflərinə layiq görülüb.
O, 2020-ci il dekabrın 9-da "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Bundan başqa, onun təltifləri sırasında çoxsaylı orden və mdealllar.
2026-cı il iyulun 8-də Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini vəzifəsinə təyin edilib. Bundan əvvəl həmin ordunun komandanının müavini vəzifəsində çalışıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































