Xəbər lenti
Putin Paşinyana gizli oyun qurur - Ermənistan “rus-NATO”sundan qovulur?
Xəbər verildiyi kimi Rusiya tərəfi iki ildən artıqdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqı ödəməyən Ermənistanın səsvermə hüququnun müvəqqəti dayandırılması məsələsini gündəmə gətirib. Xarici işlər nazirinin müavini Aleksandr Pankinin açıqlamasına görə, gələn həftə KTMT Şurasında bu məsələ ilə bağlı qərar qəbul oluna bilər. Söhbət üzvlük haqları ödənilənədək Ermənistanın təşkilat daxilində səsvermə imkanının məhdudlaşdırılmasından gedir.Qeyd edək ki, İrəvan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan etsə də, təşkilatdan rəsmən çıxmayıb və hüquqi baxımdan üzv statusunu qoruyub saxlayır. Moskvanın bu addımı Ermənistanın Qərbə yaxınlaşmaq siyasətinə qarşı siyasi təzyiq vasitəsinə çevrilə bilərmi?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradıcısı Rusiyadır. Artıq Ermənistan 2 ildir təşkilatdan iştirakını dondurmağına baxmayaraq təşkilatı tərk etmir. Ara sıra KTMT-ni tərk edə biləcəkləri ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın və digər rəsmlərin bəyanatlarını eşitmişik. Düşünürəm ki, Vladimir Putinin razılığı və icazəsi olmadan Ermənistan bu təşkilatı tərk edə bilməz. 2024-cü ildə də Ermənistanın atdığı addım Rusiya ilə razılaşdırılmış bir oyun idi. Çünki bu gün Putin Ermənistanda Paşinyanın baş nazir qalmasında maraqlıdır. Qərbin və ABŞ-ın ən ağır sanksiyalarına məruz qalan Rusiya Ermənistanı həmin o sanksiyalardan qoruyur və bu səbəbdən də Rusiya ilə Ermənistanın bütün sahələrdə, ticari, enerji, hərbi, iqtisadi, kənd təsərrüfatı məhsullarının satışı və s. əlaqələr inkişaf edir. Rusiya Ermənistandan qazanır. İndi təsəvvür edin, Ermənistanda bu gün Robert Köçəryan hakimiyyətdə olardı. Amerika Ermənistana Rusiyanın yaxın müttəfiqi kimi sanksiya tətbiq etməzdi? Əlbəttə ki, edərdi. İndiki vəziyyət kimə sərf edir? Putinə. Digər tərəfdən faktı qeyd edim. Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanla Rusiyanın ticari əlaqələrinin artım səviyyəsi 15 dəfədən çoxdur. Rusiyanın yaxın dostu olan Tramp bir neçə gün bundan qabaq aralıq seçkilərini uduzub. Post Tramp dövründən sonra Rusiyanın vəziyyəti ağırlaşmağa doğru davam edəcək. Daha ağır sanksiyalara məruz qala bilər. Buna görə də Rusiya Ermənistanı itirmək istəməz. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin açıqlamasını da təsadüf saymıram və yaxud da Ermənistandan narazılıq kimi olduğunu düşünmürəm. Hətta ola bilər ki, razılaşma səbəbindən Ermənistanın KTMT-də səsvermə imkanın məhdulaşdırılması ilə bağlı qərar qəbul etsin. Moskvanın bu addımı Ermənistana təzyiq yox, öz maraqlarını təmin etmək olar”. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































