Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Yuxum çin oldu, Allah" - Nəsib Nəbioğlunun Zəfər payı

Tarix: 08-11-2026 15:02     Baxış: 328 A- / A+
Nəsib Nəbioğlu

Qüdrətli, şanlı, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın qədim şəhəri,Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızı düşmən işğalından azad etdi. 28 – illik həsrətimizə son qoyuldu. Mənim yuxularım çin oldu!  Gözün aydın Azərbaycan xalqı! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Xalqımızı  Moskvadan bu böyük qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Yuxum çin oldu, Allah

Ay  Şuşa dağları, bu günə şükür,
Çəkilir başından dumanın, çənin.
Gərək dizin-dizin  sürünəm gələm,
Gəlirəm,  başına dolanım sənin.

Köksümə sıxacam bir dəli kimi,
Hər gülü,çiçəyi,yarpağı, Şuşam!
Yaman darıxmışam gör neçə ildir.
Öpüm qucaqlayım, torpağı, Şuşam!

Bu kövrək misralar sənindir sənin,
Varlığım yaşayır sənin adında.
Sənə istəyimi, sənə sevgimi,
Göndərdim şerimin qanadlarında.

Qürbətdə daşıdım dərdi-sərini,
Sənin həsrətindən dəli kimiydim.
Bir ömür yaşadım əzab içində,
Köklənmiş bir sazın sarı simiydim.

Elə darıxmışam səndən ötəri,
Gözümə sürtəcəm torpağı orda.
Gözlərimdə qalmaz arzu-istəyim,
Görsəm dalğalanan bayrağı orda.

Şehli otlarını sıqallayacam,
Bağrıma basacam orda hər gülü.
Hər bahar gələndə bilirsənmi heç,
Gözlərim arayıb Xarıbülbülü.

Ay tərlan xəyalım məni dağların,
Qayasına çatır, daşına çatır.
Qürbətdə heç nəyə gücüm çatmayır,
Gücüm gözlərimin yaşına çatır.

Sən əsir qalandan nələr çəkmişəm,
Sən bahar ömrümü  xəzan elədin.
Çox şükür, çox şükür axırda məni,
Bir  Şuşa  sevdalı ozan elədin.

Nə vaxtdan üzünü görmədim sənin, 
Mən nələr yaşadım bu ayrılıqdan.
Müjdə gözləyirdim Şuşa müjdəsi,
Bu səhər başqa cür sökülürdü dan!

Azadlıq sorağı verdi bu səhər,
Ömrümə yazılan gözəl gün oldu.
Sevincdən sözümü deyə bilmirəm,
Axır ki,axır ki, yuxum çin oldu.

Moskva, 08.11.2020

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar