Kürdəmirdə kişi arvadını döyüb. Xəbər lenti
Kürdəmirdə kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb.Hadisə şəhər ərazisində qeydə alınıb.
54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, içki aludəçisi olduğu üçün arvadı ilə münasibətləri pisdir. O, əməlindən peşman olduğunu deyib. Zərərçəkən qadın isə əri spirtli içkidən uzaq duracağı təqdirdə onu bağışlayacağını və şikayətçi olmayacağını qeyd edib.
Məhkəmənin qərarı ilə Cəfər İmanov 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































