Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Tarix: 08-11-2026 17:30     Baxış: 325 A- / A+


Ağdamda 40 sinif otağından ibarət məktəb inşa olunur.
Manevr.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq", - o bildirib.
Türkiyə lideri əlavə edib ki, təhsil müəssisəsinin açılışı gələn ilə planlaşdırılır:
"Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik".
Ərdoğan Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycanın səylərindən də bəhs edib:
"Qarabağın yenidən dirçəlməsi üçün Azərbaycanın ortaya qoyduğu səyi böyük hörmətlə təqdir edirik. Qarabağda yenidən alovlanan hər ocaq, yüksələn hər əsər, bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik".
O, Cəbrayılda həyata keçirilən birgə layihədən də söz açıb:
"Ən son Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik qazandırmağın qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyimizin dəstəyi ilə qurulan bu mərkəz Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi olub".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar