Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib.
Manevr.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
Xəbər lenti
İlham Əliyev və birinci xanım Türkiyəyə getdi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























